Uşaqlara peyvənd vurulma zamanı gəlib? - Həkimdən AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün 18 yaşına çatmamış şəxslərin peyvənd edilməsinə xüsusi ehtiyac yoxdur.
BAKU.WS xəbər verir ki, bu sözləri həkim-terapevt Nabatxanım Xəlilova “media.az”a müsahibəsində deyib.
O bildirib ki, ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) qismən uşaqların koronavirusa qarşı peyvənd edilməsi məsələsinə toxunub.
“Fakt budur ki, xroniki xəstəlikləri olan və risk qrupuna daxil olan uşaqlar var. Bəzi ölkələrdə 12 yaşdan yuxarı uşaqların “Pfizer”lə vaksinasiyası müzakirə edilib.
Ancaq mən hesab edirəm ki, ölkəmizdə hələ ki, 18 yaşınadək insanlara peyvənd vurulmasına ehtiyac yoxdur, çünki uşaqlar xəstəliyi yüngül formada keçirirlər”, - deyə həkim qeyd edib.
Oxşar xəbərlər
Baş infeksionist: “Xəstəliyin bu dövrü dördüncü alovlanmadır” - FOTO
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “report”a müsahibə verib. BAKU.WS həmin müsahibəni təqdim edir: - Son günlərdə yol...