Ünvanlı sosial yardımı nə qədər insan alacaq? - Say açıqlandı
13
noy
2019
16:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda yeni Dost Mərkəzləri istifadəyə veriləcək.BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.Onun sözlərinə görə, tezliklə 2 və 3 saylı Dost Mərkəzlərinin istifadəyə verilməsi planlaşdırılır: “2 saylı Dost Mərkəzi Xəzər və Pirallahı rayonlarını, 3 saylı Dost Mərkəzi isə Nizami, Suraxanı və Sabunçu rayonlarını əhatə edəcək”.Nazir bildirib ki, gələn il 85 min ailənin, yəni təqribən 360-370 min insanın ünvanlı sosial yardım proqramı ilə əhatə olunması proqnozlaşdırılır.S. Babayev qeyd edib ki, 2020-ci ildə əhaliyə ödənişlərin məbləğində də artım gözlənilir: “Bu ödənişlər demək olar ki, hər il artırılır. Gələn il özünüməşğulluq proqramının daha da genişləndirilməsi nəzərdə tutulur”.
Oxşar xəbərlər
Prezidentin fərmanı icra olunur: Daha bir Nazirlikdə dəyişiklik edildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmrləri ilə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 1 saylı Bakı Ərazi şöbəsi və nazirlik...