Universitet müəlliminin 50 min manatı mənimsənilib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda universitetlərin birində müəllim işləyən qadını şirnikləşdirici vədlə aldadıb və onun bank kartında olan 50 min manatı çəkiblər.
İnvestisya etməklə daha çox pul qazanmaq istəyən müəllim dələduzların qurbanına çevirilib.
Ondan bank kartı məlumatlarını alan şəxslər 50 min manat pulu oğurlayblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bölmə rəisi Nurlan Əliyev "Xəzər Xəbər"ə deyib ki, diqqətsizlik, ehtiyatsızlıq, yalana inam bu hadisənin baş verməsinə səbəb olub.
Bu, yeganə fakt deyil. Təkcə dünən 20-yə yaxın vətəndaşın müxtəlif kiber üsullarla minlərlə manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Nurlan Əliyev onu da qeyd etdi ki, vətəndaşlar tərəfindən Daxili İşlər Nazirliyinə kiberdələduzluqla bağlı daxil olan bütün müraciətlər həssaslıqla araşdırılır. Polis tərəfindən əməliyyat-texniki tədbirlər həyata keçirilir. Nazirlik bununla bağlı növbəti dəfə əhaliyə çağırış edib.
Qeyd edək ki, son bir neçə müdddət ərzində ümumilikdə kiberüsullarla bank kartlarından vətəndaşların milyonlarla manat pul vəsaitləri oğurlanıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Oxşar xəbərlər
Bir çox insanı düşündürən sual: Süni intellekt müəllimi əvəz edəcəkmi?
"İndi zaman dəyişib - elm adamları, mühəndislər, texnoloqlar, kimyaçıların həyatı daha rahatdır. Bəstəkarın əsərini isə alan yoxdur. Rəssam bilmir ki, əsərini k...