Umayra Tağıyeva: "Azərbaycan iqlim dəyişikliyi üzrə Xüsusi Hesabat qərarının hazırlanmasında fəal iştirak edib"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva iqlim dəyişikliyi və şəhərlərlə bağlı xüsusi hesabat üzrə qəbul edilən qərarın hazırlanması prosesində ölkənin aktiv iştirak etdiyini bildirib.
BAKU.WS xəbər verir ki, Azərbaycan bu istiqamətdə aparılan beynəlxalq müzakirələrdə, xüsusilə İqlim Dəyişikliyi və Şəhərlər üzrə Xüsusi Hesabatın hazırlanmasına dair danışıqlarda fəal mövqe sərgiləyib.
"Azərbaycan iqlim dəyişikliyi üzrə Xüsusi Hesabat qərarının hazırlanmasında fəal iştirak edib",- deyə Umayra Tağıyeva Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Erkən xəbərdarlıq və iqlimə davamlı şəhərlər" adlı tədbirdə çıxışı zamanı deyib.
Nazir müavini həmçinin qeyd edib ki, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) 7-ci Qiymətləndirmə Hesabatı üzərində işlər davam etdirilir və sənədin 2029-cu ilin sonuna qədər təqdim olunması nəzərdə tutulur.
Oxşar xəbərlər
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB
Paytaxtda Ağ Şəhər ərazisində mövcud olan və avtomobillərin üzərindən keçərkən atılıb-düşməsinə səbəb olan tramplin müzakirələrə səbəb olub. BAKU.WS xəbər veri...