Ülviyyə qardaşını bıçaqlayan şəxsin bacısının toyunda pulsuz oxuyub
Müğənni Ülviyyə Namazova bir müddət əvvəl bıçaqlanan qardaşı Vüqar Namazovdan danışıb.
BAKU.WS xəbər verir ki, "Xəzər axşamı" proqramına qonaq olan ifaçı hazırda onun səhhətinin yaxşı olduğunu qeyd edib.
Ülviyyə veriliş zamanı qardaşını bıçaqlayan E.Ağaquliyevin bacısının toyunda pulsuz oxuduğunu bildirib.
Onun bu sözləri hər kəsi təəccübləndirib.
Xatırladaq ki, oktyabrın 9-da Vüqar Namazov qonşusu tərəfindən bıçaqlanıb. Münaqişə V.Namazovun avtomobildə musiqiyə yüksək səslə qulaq asmasına görə başlayıb. Hadisə paytaxtın Binəqədi rayonu 1-ci mədən yaşayış massivi ərazisində baş verib. Hazırda iş üzrə istintaq davam edir.
Oxşar xəbərlər
Bu qanuna siyasətçi kimi yox, valideyn kimi dəstək verirəm - Müşfiq Cəfərov
"Qanun uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir". Bunu BAKU.WS-ə Milli Məclisin deputatı Müşfiq Cəfərov parlamentin sosial şəbəkələrdə...