Ukraynadan 155 azərbaycanlı vətənə çatdırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu gün Kiyevdən Bakıya növbəti çarter reysi yerinə yetirib.
AZAL-dan BAKU.WS-ə verilən məlumata görə, həmin reyslə 155 Azərbaycan vətəndaşı Vətənə çatdırılıb.
Yalnız reysdən əvvəl 48 saat ərzində COVID-19-un olmaması barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀
Qeyd edək ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.
Qalereya
Oxşar xəbərlər
AZAL Ər-Riyaddan çarter reysi yerinə yetirdi - FOTO
Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) iyulun 11-i şənbə günü Ər-Riyaddan Bakıya çarter reysi ilə 83 həmyerlimizi vətənə çatdırıb. AZAL-ın mətbuat xidmətindən...