Ukraynada Azərbaycan diasporunun fəalı və keçmiş siyasi xadim vəfat edib
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynada Azərbaycan diasporunun fəalı, arxitektor və keçmiş siyasi xadim Binnətov Nazim Mirzə oğlu vəfat edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 70 yaşlı azərbaycanlı İvano-Frankovskda uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Əslən Azərbaycanın Tovuz rayonundan olan N. Binnətov 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində Qərbi Ukraynada fəal siyasi hərəkatda da olub.
O, İvano-Frankovsk Azərbaycanlıları Konqresinin qurucusudur.
İvano-Frankovsk Azərbaycanlıları Konqresinin sədri Mətləb Nəcəfov bildirib ki, mərhumun nəşi dəfn olunmaq üçün Azərbaycana, Tovuz rayonuna göndərilib.
Oxşar xəbərlər
Leyla Əliyeva "Sülh kitabı"nın təqdimatı və ICESCO ilə sazişin imzalanması mərasimlərindən paylaşım etdi
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rəsmi "Instagram" hesabında ICESCO-nun "Sülh kitabı"nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı və...