Ukrayna klubunun bütün futbolçuları koronavirusa yoluxdu
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Premyer Liqasının X turunda keçirilməsi planlaşdırılan "Olimpik" - "Zarya" matçı ləğv olunma təhlükəsi ilə üzləşib.
BAKU.WS report-a istinadən xəbər verir ki, "Olimpik" komandasında koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.
Demək olar ki, Donetsk təmsilçisinin bütün futbolçuları infeksiyaya yoluxub.
Baş məşqçi İqor Klimovski qarşılaşma üçün lazım olan 13 sağlam futbolçu toplamaqda çətinlik çəkir. Bu səbəbdən "Olimpik" komandasının üzvləri təcrid ediləcək və "Zarya" ilə matça dair qərarı Ukrayna Premyer Liqasının rəhbərliyi verəcək.
Oxşar xəbərlər
Koronavirusun ən çox təhlükə törətdiyi ölkələr - SİYAHI
Dünyada COVID-19-a yoluxma hallarının sayı artır. Koronavirusun aşkarlandığı 213 ölkədə və bölgədə COVID-19-a ümumilikdə 9 354 860 yoluxma aşkarlanıb. BAKU.WS r...