Ukrayna dairəsində aparılan təmir işləri nəqliyyatın hərəkətini daha da çətinləşdirib
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda Ukrayna dairəsində aparılan təmir işləri ötən gün axaşam saatlarında şiddətli tıxaca səbəb olub. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Xezerxeber.az-ın məlumatına görə, ərazidə tıxac saatlarla davam edib.
Nəqliyyat eksperti Yasin Mustafayev deyir ki, belə halların yaşanmaması üçün həm tikinti prosesi növbəli şəkildə icra edilməlidir, həm də sürücülər təmir işləri ilə əlaqədar alternativ yollardan daha çox istifadə etməlidir.
Yasin Mustafayev bildirib ki, bəzən təmir işləri müxtəlif səbəblərdən, nəzərdə tutulan vaxtdan gec başa çatır. Bu da ərazidə bundan sonrakı günlərdə də tıxac yaranması ehtimalını artırır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin bir müddət əvvəl yaydığı məlumata görə, həmin ərazidə yeni turbo tiplu dairə inşa edilir. Bu üsulla dairəyə daxil olan avtomobillərin qəza ehtimalını minumuma endirmək və dairənin buraxılış qabiliyyətini artırmaq nəzərdə tutulub.
Lakin hazırkı tıxacla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən heç bir münasibət bildirmək istəmədilər.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...