UEFA Avropa çempionatlarının final mərhələlərini ləğv etdi

17 yaşadək futbolçulardan və 19 yaşadək qadınlardan ibarət milli komandalar arasında müvafiq olaraq may və iyul aylarında keçirilməsi nəzərdə tutulan Avropa çempionatlarının final mərhələləri ləğv olunub.
BAKU.WS UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu barədə qərar qurumun İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub.
Həmçinin 17 yaşadək qadınlardan və 19 yaşadək futbolçulardan ibarət yığmalar arasında may və iyul aylarına planlaşdırılan Avropa çempionatlarının final mərhələləri qeyri-müəyyən müddətədək təxirə salınıb.
Hər iki turnir dünya çempionatına təsnifat xarakteri daşıyır.
Oxşar xəbərlər
Avropa çempionatının final mərhələsi təxirə salındı
UEFA koronavirus pandemiyasına görə daha bir turnirin vaxtını dəyişib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 21 may - 6 iyun tarixləri arasında Estoniyada...
