Ucuz ev almaq istəyənlərin NƏZƏRİNƏ - Bu tarixdən satışa çıxacaq
İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən yaşayış kompleksində daha 219 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib.
BAKU.WS Fonda istinadən xəbər verir ki, yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 347 manatdan başlayır.
Yeni mənzillər seçim üçün noyabrın 20-si saat 15:00-dan açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir.
İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 8 456 kirayə müqaviləsi bağlanıb.
Oxşar xəbərlər
Şagird: "Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm"
Sosial şəbəkələrdə Saray qəsəbəsində yerləşən 1 nömrəli tam orta məktəbdə müəllimin şagirdə qarşı fiziki zorakılıq göstərməsini əks etdirən videogörüntülər yayı...