Ucuz dövlət maşınları SATIŞDA - BMW 730LI 11 min
Yeniliklərdən dərhal xəbərdar olun
18 aprel 2023-ci il tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.
BAKU.WS xəbər verir ki, hərraca 27 nəqliyyat vasitəsi çıxarılıb.
Bunların arasında minik, yük, tibb avtomobilləri, hətta gəmi də var.
Hərracda Kənd Təsərrüfatı Nazirliyinə məxsus 2009-cu il istehsallı Nissan Sunny avtomobili 5000 AZN-ə, Massallı Rayon İcra Hakimiyyətinə məxsus 2006-cı il istehsallı BMW 730LI maşını isə 11 min AZN-ə təklif olunur.
Hərracda iştirak etmə qaydaları və nəqliyyat vasitələri haqqında məlumat əldə etmək üçün telefon: 566-07-44; 514 23 64.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...