Üç rayonun qazı kəsiləcək
26
apr
2017
23:16
Bakı-Quba-Rusiya sərhədi yolunun 132-192-ci km-də tikinti işləri ilə əlaqədar aprelin 27-si səhər saat 8-dən aprelin 29-u səhər saat 8-dək Qusar, Quba, Xaçmaz rayonlarına təbii qazın verilişi dayandırılacaq.
BAKU.WS İstiPress-ə istinadən xəbər verir ki, iki gün müddətinə təbii qazın olmayacağı barədə "Azəravtoyol"un müraciəti əsasında Azəriqaz rayon icra hakimiyyətlərini məlumatlandırıb.
Bu barədə açıqlama İstiPress-in şimal müxbirinə Xaçmaz regional qaz idarəsindən verilib.
BAKU.WS
Oxşar xəbərlər
"Azəriqaz"dan Bakıdakı qaz problemi ilə bağlı açıqlama
Bakıda bəzi ərazilərdə təbii qazın verilişində yaranan fasilələr günün sonuna kimi aradan qaldırılacaq. Bunu Lent.az-a açıqlamasında "Azəriqaz" İB-nin mətbuat...