Türkiyənin bir qrup yazıçısı Gəncədə səfərdədir
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyəli yazarlar Gəncə şəhərinə səfər ediblər.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, tanınmış yazar Coşkun Karabulutun rəbərliyi ilə qardaş ölkənin müxtəlif şəhərlərindən bir qrup yazıçı Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə sevincini paylaşmaq və ölkəmizdəki qələm dostlarını təbrik etmək üçün “Könül yolçuluğu” platforması ilə Azərbaycana səfərə gəliblər.
Onlar Gəncə şəhərində dahi şair Nizami Gəncəvinin məqbərəsini ziyarət edəcək, müharibə zamanı Ermənistan silahlı qüvvələrinin raket zərbələri nəticəsində dağılan ərazilərə gedəcəklər. Qonaqları yerli rəsmilər müşayiət edir.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva şəhid ailələri və qazilərə mənzillər təqdim ediblər - YENİLƏNİB - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və V...