Türkiyədən Azərbaycanın şəhid övladları ilə bağlı jest
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Xaricdəki Türklərlə və Yaxın İcmalarla İş İdarəsi Ermənistanla döyüş əməliyyatları nəticəsində şəhid olmuş azərbaycanlıların övladları üçün özəl təqaüdlər təklif edib.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazır.
İdarənin rəhbəri Abdulla Eren bildirib ki, Türkiyə şəhid övladlarına təhsil vermək istəyir.
Bunun üçün Xaricdəki Türklərlə və Yaxın İcmalarla İş İdarəsi Türkiyədə araşdırma və dil tədrisi məqsədilə bu kateqoriyadan olan tələbə və aspirantlara xüsusi imkanlar təqdim edəcək:
"Bütün sahələrdə olduğu kimi Türkiyə təhsil sahəsində də azərbaycanlı qardaşlarını dəstəkləyir".
Oxşar xəbərlər
Doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanına qeydiyyatın müddəti uzadılıb
Doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək üçün qeydiyyatın müddəti noyabrın 10-dək uzadılıb. BAKU.WS Dövlət İmtahan Mərkəz...