Türkiyədə yaşayan azərbaycanlı model ana oldu - FOTO

25
apr
2023
10:22
Türkiyədə yaşayan azərbaycanlı model Pərvin Həsənzadə ana olub.
BAKU.WS xəbər verir ki, ötən gün modelin qızı doğulub.
Bu barədə Pərvin sosial şəbəkədə bildirib.
O, yeni doğulan körpəsi və həyat yoldaşı ilə fotolarını paylaşaraq "Bizim gözəlimiz Meri" sözlərini yazıb.
Xatırladaq ki, Pərvin 2021-ci ilin noyabrın 22-də Cihad Önər adlı memarla evlənib.
Azərbaycanlı model bir çox gözəllik yarışmalarında müxtəlif nominasiyalar üzrə qalib olub. O, uzun illərdir Türkiyədə yaşayıb fəaliyyət göstərir.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev bir qrup dövlət qulluqçusunu təltif etdi- SİYAHI
Prezident İlham Əliyev "Dövlət qulluqçularının təltif edilməsi haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncama əsasən bir nəfər 2-ci dərəcəli “V...
