Türkiyədə koronavirusdan ölənlərin sayında antirekord
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə COVID-19-dan gündəlik ölümlə bağlı ən yüksək göstərici qeydə alınıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, son sutka ərzində Türkiyədə koronavirusdan ölənlənlərin sayı 203 nəfər olub.
Bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib.
O qeyd edib ki, son 24 saatda 196 902 nəfər koronavirus testindən keçib, 6420 xəstənin testi pozitiv çıxıb, ümumilikdə isə simptomları da müəyyən edilməyənlərlə birlikdə 32 137 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.
Ağır xəstə sayı dünənlə müqayisədə 819 nəfər artaraq 5836 olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 545 711 nəfər COVID-19 infeksiyasına yoluxub, onlardan 15 103 nəfəri ölüb.
Oxşar xəbərlər
Türkiyədə koronavirusdan ölənlərin sayı artdı
Türkiyədə koronavirus epidemiyasından ölənlərin sayında artım müşahidə edilib. BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, son sutka ərzində Türkiyədə...