Türkiyədə koronavirusdan ölənlərin sayı artdı
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə koronavirus epidemiyasından ölənlərin sayında artım müşahidə edilib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, son sutka ərzində Türkiyədə koronavirusdan (COVID-19) 116 nəfər ölüb. Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
O qeyd edib ki, son 24 saatda 158 811 şübhəli koronavirus testindən keçib, onlardan 4215-nin cavabı pozitiv çıxıb, 2592 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 3742 nəfər olub.
Türkiyədə indiyədək 425 628 nəfəri yeni növ koronavirus infeksiyasına yoluxub, 11 820 nəfər ölüb.
Oxşar xəbərlər
Türkiyədə koronavirusla bağlı bu günə olan statistika açıqlanıb
Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 81 nəfər ölüb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca...