Türkiyədə baş verən zəlzələnin Azərbaycana təsiri varmı?
Yeniliklərdən dərhal xəbərdar olun
“Türkiyədə baş verən zəlzələnin Azərbaycana heç bir təsiri yoxdur”.
BAKU.WS xəbər verir ki, bunu Trend-ə açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli deyib.
“Zəlzələ qeydə alınan yer tamam başqa regiondur. Orada gedən tektonik proseslərin, dərinlik qırılmalarının Azərbaycanla ümumiyyətlə bağlılığı yoxdur. Əhalinin təşvişə düşməsinə heç bir əsas yoxdur”, - deyə o bildirib.
Qeyd edək ki, çərşənbə günü səhər İstanbul yaxınlığındakı Mərmərə dənizi bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Düzce vilayətində olub, ocağı 6,8 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində 46 nəfərin yaralandığı bildirilir.
Oxşar xəbərlər
Azərbaycanda güclü zəlzələ təhlükəsi var? - AÇIQLAMA - VİDEO
Dünən Şamaxıda baş verən zəlzələdən sonra gecəboyu yenə təkanlar baş verib. Zəlzələlərdən biri yerli vaxtla saat 16:46-da Pirqulu seysmoloji stansiyasından 20 k...