Türkiyə ilk dəfə Azərbaycanda yeni sualtı qayığını nümayiş etdirəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə IV Azərbaycan Beynəlxalq Müdafiə (ADEX) Sərgisində ilk dəfə “STM 500” kiçik sualtı qayığını nümayiş etdirir.
BAKU.WS Report-a istinadla xəbər verir ki, tədbirdə həmçinin Türkiyənin ilk milli freqatı – “İ” sinifli MİLGEM, STM-MPAC raketli kater, fırlanan qanadlı zərbə PUA sistemi KARGU, sabit qanadlı PUA sistemi ALPAGU və müşahidəçi PUA sistemi TOGAN sərgilənəcək.
Qeyd edək ki, Türkiyə Müdafiə Sənayesi İdarəsi rəhbərliyi altında fəaliyyət göstərən STM (Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş.) hərbi dəniz platformalarından taktiki mini PUA sistemlərinə, kibertəhlükəsizlikdən komanda idarəetmə sisteminə qədər innovativ və milli sistemlər istehsal edir.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...