Türkiyə baş prokuroru Azərbaycana gəldi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Ali Məhkəməsinin baş prokuroru Bəkir Şahinin Azərbaycana rəsmi səfəri başlayıb.
Baş Prokurorluqdan BAKU.WS-ə verilən məlumata görə, səfər Kamran Əliyevin dəvəti ilə baş tutub.
Qonaqları Heydər Əliyev Beynəlxalq Hava Limanında baş prokuror Kamran Əliyev qarşılayıb.
Səfər zamanı beynəlxalq və regional səviyyədə mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində aktual problemlərin həlli istiqamətində müzakirələrin aparılması və qarşılıqlı fəaliyyətin gücləndirilməsi ilə bağlı ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulub.
Səfərin gedişatı barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Oxşar xəbərlər
"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun təsdiqlənib
Prezident İlham Əliyev "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunu təsdiq edib. BAKU.WS xəbər verir ki, qanun Azərbaycan Respu...