Türkiyə-Azərbaycan Universitetinin tələbələrinin iki diplomu olacaq
Türkiyə-Azərbaycan Universitetinin (TAU) tələbələri ali məktəbi bitirdikdə iki diplomları olacaq.
Bunu BAKU.WS xəbər verir ki, "Report"a müsahibəsində Hacettepe Universitetinin rektoru professor Dr. Mehmet Cahit Güran deyib.
Qeyd edək ki, TAU-da qida mühəndisliyi ixtisasında Hacettepe Universitetinin təhsil proqramları əsas götürüləcək.
Onun sözlərinə görə, qarşılıqlı şəkildə diplomlar hər iki ölkədə tanınacaq.
“Həmin məzunların Türkiyədə YÖK-ün diplom tanınma prosesindən keçməsinə ehtiyac qalmayacaq”, - rektor deyib.
Onun sözlərinə görə, Hacettepe Universitetinin müəllim heyəti tələbələrə Ankaradakı Beytepe və Sihhiyede yerləşən korpuslarında hansı keyfiyyət və standartda dərs tədris edirsə, eyni keyfiyyət və standartda da TAU-dakı tələbələrinə təhsil verəcək.
Oxşar xəbərlər
Steytemin ulduzu 300 milyon dollarlıq narkotik qaçaqmalçılığında ittiham olunur
Britaniyalı aktrisa Ema Hussen Qərbi Afrikadan Avstraliyaya narkotik qaçaqmalçılığı etməkdə ittiham olunub. BAKU.WS xəbər verir ki, bu barədə "Nine.com.au" por...