Türk şirkətləri Qarabağda infrastruktur layihələrinin icrasına başlayıblar
Yeniliklərdən dərhal xəbərdar olun
“Tarixi Vətən müharibəsində zəfərindən sonra ölkəmiz üçün yeni dövr başlayıb. İşğaldan azad edilmiş torpaqların bərpası və inkişafı ilə bağlı strategiya hazırlanıb. Cənab Prezidentin dediyi kimi, hədəfimiz Qarabağı dünyanın ən gözəl bölgələrindən birinə çevirməkdir. Artıq bərpa işlər başlanıb və ilkin kontraktlar imzalanıb. Əlbəttə ki, ilkin tərəfdaşlarımız türk qardaşlarımızdır”.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Baş Nazi Əli Əsədov Ankarada keçirilən Ankarada Türkiyə-Azərbaycan iş adamları forumunda bildirib.
“Türk şirkətləri artıq infrastruktur layihələrini icra etməyə başlayıblar. Zəfər yolu adlanan Füzuli-Şuşa yolu, həmçinin Toğana-Kəlbəcər yolunun tikintisində artıq türk şirkətləri iştirak edirlər. Bundan əlavə, Füzulidə tikiləcək hava limanın layihəsində də türk şirkətlərinin iştirakı nəzərdə tutulub. Ümumiyyətlə bərpa işlərinin layihələrində türk qardaşlarımızı görməkdən çox məmnunuq”, - o bildirib.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...