Turistlərin axın etdiyi Alban məbədi baxımsız vəziyyətdədir
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatala şəhərinin mərkəzində yerləşən Alban məbədi baxımsız vəziyyətdədir.
Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə görüntülər daxil olub.
Qeyd edilib ki, IV-V əsrə aid abidə uzun müddətdir baxımsız vəziyyətdədir.
Tur agentliklər bura yerli və xarici turistlərin səfərlərini təşkil edirlər. Onların isə abidənin bu cür baxımsız vəziyyəti ilə qarşılaşması heç də xoş hal deyil.
Məbədə daxil olarkən yerdə toyuq və quş tüklərinə, o cümlədən plastik tullantılara divarlarda isə müxtəlif yazılara rast gəlmək mümkündür.
Abidənin üzərində, ən hündür yerində otlar belə bitib.
Kilsənin üzərində onun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən qorunduğu qeyd edilən lövhə asılıb.
Qeyd edək ki, məbəd 1830-cu ildə inşa edilib və buradakı bir sıra elementlərin sonradan əlavə edilib. Bu məbəd öz ölçülərinə və memarlıq üslubuna görə həmin dövr olduğu məbədlərdən fərqlənir. Qırmızı kərpicdən inşa olunan kilsə geniş sütunlu və üç mərtəbəli zalı zəng qülləsi ilə tamamlanır.
Sözügedən ərazidən fotoları təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...