Tozlu hava şəraiti davam edir

Tozlu hava şəraiti davam edir
Sosial 41

Bakı və Abşeron yarımadasında tozlu hava davam edir və tozun miqdarı normadan 2 dəfə çoxdur.

"Report" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

Onun sözlərinə görə, havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir: "İyunun 1-də cənub-şərq istiqamətli küləklərin şimal-qərb küləkləri ilə əvəz olunması nəticəsində tozun miqdarının norma həddinə düşəcəyi gözlənilir. Artıq bir neçə gündür ölkə ərazisində müşahidə olunan tozlu hava şəraitinə səbəb Türkmənistan ərazisindən Azərbaycana daxil olan toz dumanıdır".

Oxşar xəbərlər

Dumanlı və tozlu hava şəraiti nə qədər davam edəcək? - RƏSMİ CAVAB

Dumanlı və tozlu hava şəraiti nə qədər davam edəcək? - RƏSMİ CAVAB

“Hazırda Bakıda və Abşeron yarımadasında duman və toz müşahidə olunur”. Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, duman sinoptik şər...

1 Sosial 12:38 05 noyabr 2023

Son xəbərlər