Havada toz dumanı müşahidə edilir

Havada toz dumanı müşahidə edilir
Sosial 217

İyulun 23-də səhər saatlarından başlayaraq Bakı şəhəri və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, tozlu hava şəraiti lokal xarakterlidir.

Tozlu havaya səbəb şimal-qərb küləyinin güclənməsi nəticəsində torpağın üst qatında formalaşan toz kütlələrinin atmosferin yuxarı təbəqələrinə qalxmasıdır.

Avtomatik monitorinq stansiyalarından əldə olunan məlumata əsasən hazırda havada tozun miqdarı sanitar normadan 4.3 dəfə çoxdur.

Meteoroloji şəraitdən asılı olaraq tozlu havanın yaxın 2 gun ərzində davam edəcəyi gözlənilir.

Oxşar xəbərlər

İyunda 41 dərəcə isti olacaq

İyunda 41 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyun ayına olan hava proqnozunu açıqlayıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, iyun ayı...

1056 Sosial 15:47 31 may 2021

Son xəbərlər