Tovuzdan Şəmkirə köçürülən tibb işçiləri narazılıq edib - "100 manat verib gedirik, qazancımız da yola xərclənir"
Tovuz Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsində çalışan tibb işçilərinin bir hissəsinin iş yerləri Ağciyər Xəstəlikləri Mərkəzinin Şəmkir Regional Xəstəxanasına dəyişdirilib.
BAKU.WS-in Xəzər TV-yə istinadən məlumatına görə, dəyişiklikdən sonra işçilərə yol xərclərinin qarşılanacağı, nəqliyyatla təmin ediləcəyi və əməkhaqlarında artım olacağı bildirilib. Lakin tibb işçiləri iddia edirlər ki, bu vədlər yerinə yetirilməyib və gündəlik gediş-gəliş onlar üçün ciddi maliyyə yükü yaradıb.
Şikayətçilərin sözlərinə görə, şöbədə ümumilikdə 40-dan çox əməkdaş çalışıb və onların böyük hissəsi növbəli şəkildə Şəmkirə gedib-gəlməyə məcbur qalıb. Onlar həm yol xərclərinin yüksək olduğunu, həm də maaş artımı ilə bağlı vədlərin reallaşmadığını bildirirlər.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, tabeli tibb müəssisələrində kadr təminatı və struktur dəyişiklikləri mütəmadi təhlillər əsasında aparılır. Qurumun açıqlamasında qeyd olunub ki, bu dəyişikliklər səhiyyə xidmətlərinin keyfiyyətini və əlçatanlığını artırmaq məqsədi daşıyır.
Bildirilib ki, əməkdaşların fəaliyyətini Şəmkir Regional Xəstəxanasında davam etdirməsi üçün şərait yaradılıb və onların müraciətləri nəzarətdə saxlanılır. Eyni zamanda iddiaların araşdırılacağı və qanunvericiliyə uyğun qiymətləndiriləcəyi vurğulanıb.
Qurum əlavə edib ki, hazırda pasiyentlərin müalicəsi və dərman təminatı fasiləsiz şəkildə davam etdirilir və xidmətlərdə heç bir məhdudiyyət yoxdur.
Oxşar xəbərlər
Sağlamlıq mərkəzlərinə yollayışlardan istifadə sahəsində qanunvericiliyin tətbiqi üzrə uyğunlaşmalar həyata keçirilir
Son vaxtlar bəzi media subyektlərində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) ünvanına yollayışların verilməsi ilə bağlı həqiqətə uyğun olmay...