Tovuzda restoranda nöqsanlar aşkar olunub - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Tovuzda fəaliyyət göstərən restoranda nöqsanlar aşkar olunub.
Bu barədə BAKU.WS-ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Tovuz rayonu, Əsrik Cırdaxan kəndində fəaliyyət göstərən, fiziki şəxs Həsənov Dilqəm Əli oğluna məxsus “Cənnət” restoranında Agentlik əməkdaşları tərəfindən yoxlama keçirilib.
Baxış zamanı sanitar norma və qaydaların, eləcə də qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub. Belə ki, ictimai iaşə müəssisəsində sanitariya qaydalarına riayət edilmədiyi, bəzi qida məhsullarının döşəmədən məsafə saxlanılmadan yığıldığı, işçilərin mütəmadi olaraq tibbi müayinədən keçmədikləri, qida məhsulları ilə təmasda olan sahələrin, səthlərin asan yuyula bilən, dezinfeksiyaedici məhsulların təsirinə davamlı materialdan hazırlanmadığı, suni havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb. Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılaraq nəzarətə götürülüb.
Qalereya
Oxşar xəbərlər
AQTA: "38 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub"
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida sahəsində fəaliyyət göstərən 37 ticarət müəssisəsi və 11 ictimai iaşə müəssisəsində həyata keçirilən mon...