Tovuzda üç uşaqla bağlı qərar verilib
Yeniliklərdən dərhal xəbərdar olun
Tovuz rayonunda valideyn himayəsindən kənarda qalan uşaqlarla bağlı vəziyyət qiymətləndirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyi açıqlama yayıb.
Bildirilib ki, məsələ ilə bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb edilib və uşaqların vəziyyəti yerində qiymətləndirilib.
Qurumun məlumatına əsasən, uşaqlar aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə müvafiq səhiyyə müəssisəsinə yerləşdiriliblər.
Hazırda onların tibbi müayinə və qiymətləndirmə prosesi aparılır. Prosedurlar başa çatdıqdan sonra uşaqların mənafeyi əsas götürülərək daimi qayğı ilə təmin olunması üçün qanunvericiliyə uyğun tədbirlərin görüləcəyi bildirilib.
***15:14Tovuz rayonunda valideynlər üç övladından imtina edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, ailəsinin imtina etdiyi üç oğlan uşağı polisin nəzarəti altında Rayon Mərkəzi Xəstəxanasına gətirilərək tibb müəssisəsinə yerləşdirilib.
Qeyd olunub ki, valideyinləri uşaqların dövlətin himayəsinə verilməsini istəyir.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...