Tortun üzərindəki fişənglər sağlamlıq üçün təhlükəlidir

Tortun üzərindəki fişənglər sağlamlıq üçün təhlükəlidir
Sosial 82

Ad günü məclisləri və xüsusi bayramlar dedikdə ilk yada düşən ləziz və dadlı tortlardır. Görünüşünü daha da  yaddaqalan etmək və xüsusi şəxsi sevindirmək üçün tortun üzərinə şamlar və kiçik fişənglər də taxılır. Həmin fişənglər yandırıldıqda isə ətrafa qığılcımları yayılır, eyni zamanda kəskin və boğucu qoxu bürüyür. Bəs görəsən bu sağlamlıq üçün təhlükəlidir?

BAKU.WS xəbər verir ki, həmin fişənglərin zərəri aşağıdakılardan ibarətdir. 

Kimyəvi tərkib və tüstü

Fişənglər yandıqda kimyəvi maddələr (baryum, stronsium, kalium nitrat və s.) havaya buraxılır. Bu tüstü, xüsusən qapalı məkanda və ya birbaşa nəfəs alınarsa, tənəffüs yollarına təsir edə bilər. Allergik reaksiyalar, öskürək, nəfəs darlığına səbəb ola bilər. Astmalı və ya nəfəs problemi olan şəxslər üçün daha risklidir.

Yeməklə təmasda risk

Fişəngdən çıxan qığılcımlar və ya tüstü tortun üzərinə  yayılır. Bu, yeyilən hissənin çirklənməsinə səbəb ola bilər. Xüsusilə uşaq tortlarında bu daha problematik olur. Əgər fişəng düzgün yerləşdirilməyibsə və ya yanmadan sonra tortun üzərində iz buraxırsa, bu hissənin yeyilməsi məsləhət deyil.

Yanğın və termal yanıqlar riski

Fişənglər alov mənbəyi olduğu üçün yanğın təhlükəsi yaradır. Xüsusilə uşaq əllərinə yaxın olduqda... Söndükdən sonra qalıqları çox isti ola bilər və yanlışlıqla toxunularsa yanıqlara səbəb ola bilər.

Bu cür fişəngləri qapalı məkanda havalandırma olan yerdə yandırmaq lazımdır. Tortun üzərinə qouyucu təbəqə ilə örtmək lazımdır. (şəffaf folqa və ya dekorativ örtü ilə). Uşaqları bu fişənglərdən uzaq saxlamaq lazımdır. Qida ilə təmasdan sonra həmin hissəni yeməməyə çalışın.

Daha təhlükəsiz olsun deyə fişəngləri yerinə LED şamlar, dekorativ fənərlər və ya təhlükəsiz əridilən şamlardan istifadə etmək olar. 

Son xəbərlər