"Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərə HÖKM OXUNDU
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif Qurbanov 15 il , Ələsgər Məmmədli 14 il , Ruslan İzzətli 15 il, Ramil Babayev 13 il, Əli Zeynalov 14 il , Müşfiq Cabbarov 13 il, İlkin Əmrahov 13 il, Fərid İsmayılov 12 il, Elmir Abbasov isə 12 il müddətə azadlıqdan məhrum ediliblər.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Hökmə əsasən, təqsirləndirilən Elmir Abbasov məhkəmə zalında həbs olunub.
Xatırladaq ki, dövlət ittihamçısı Akif Qurbanovun 16 il, Ələsgər Məmmədlinin 15 il, Ruslan İzzətlinin 16 il, Ramil Babayevin 14 il, Əli Zeynalovun 15 il, Müşfiq Cabbarovun 14 il, İlkin Əmrahovun 14 il, Fərid İsmayılovun 13 il, Elmir Abbasovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Həmçinin, o, təqsirləndirilən Elmir Abbasovun məhkəmə zalında həbs olunmasını istəmişdi.
Qeyd edək ki, 2024-cü ilin martın 6-da "Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Oxşar xəbərlər
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarə...