Tikinti şirkətləri sakinləri gecə yuxusuna həsrət qoyub
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda yeni inşa olunan çoxmərtəbəli binaların əksərinin tikintisi səhərə qədər davam olunur.
Xüsusən ağırtonnajlı avtomobillərin gecə saatlarında tikinti ərazilərində çalışması vətəndaşları narahat edir.
Sakinlər bildirirlər ki, səs-küydən yata bilmirlər.
"Mən evdəki adi səsdən əsəbiləşən adamam. Belə səslərə isə dayanmaq olmaz. Gərək başını götürüb qaçasan", - deyə sakinlərdən biri narazılığını dilə gətirib.
Tikinti şirkətləri isə bildirir ki, bu problem yük maşınlarının şəhər ərazisinə gündüz saatlarında girməsinə icazə verilmədiyindən yaranır.
"Məcburuq ki, daşınma, beton işlərini gecə saatlarında həyata keçirək. Elə olur ki, bu işlər səhər saat 6-ya kimi davam edir", - texniki nəzarətçi Namiq Rəsulov Baku TV-yə açıqlamasında deyib.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...