Tikinti materialları bahalaşır - Səbəb nədir? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Son 2-3 ayda tikinti materialları bazarında bahalaşma müşahidə edilməkdədir.
BAKU.WS "Xezerxeber.az"a istinadən xəbər verir ki, tikinti materialları bazarında qiymətlər nəzərəçarpacaq dərəcədə yüksəlib.
Satıcıların sözlərinə görə, qiymətlərin artması alıcı kütləsinə də təsir edib və onların ürəyincə deyil.
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə hesab edir ki, qiymətlərin artmasının müxtəlif səbəbləri var. Pandemiya səbəbilə zərərçəkmiş sahibkarlar vəziyyətdən çıxmaq üçün materialları maya dəyərindən artıq qiymətə satırlar. Həmçinin bunu mövsümlə də əlaqələndirmək olar.
Ekspert onu da qeyd edib ki, tikinti materiallarının qiymətinin bahalaşması mənzillərin qiymətinə də təsir göstərəcək.
Oxşar xəbərlər
Azərbaycanda çörək bahalaşa bilər – AÇIQLAMALAR
Bəzi Kütləvi İnformasiya Vasitələrində unun bahalaşması ilə bağlı məlumatlar yayılıb.BAKU.WS xəbər verir ki, unun kisəsində 2-4 manat artım olduğu bildirilir.Qe...