"Tik-tok"da uşaqlar üzərindən pul qazananları hansı cəza gözləyr? - AÇIQLAMA

Tik-tokda uşaqlar üzərindən pul qazananları hansı cəza gözləyr? - AÇIQLAMA
Sosial 14

Azərbaycanda sosial şəbəkədən istifadə edərkən bir çox neqativ hallar qeydə alınır.

BAKU.WS xəbər verir ki, bəzi vətəndaşlar azyaşlı övladlarından istifadə edərək “Tik-tok” plarforması üzərindən qazanc əldə edirlər.

Azyaşlılar sosial şəbəkəyə cəlb edilməklə həm təhsildən yayındırılır, həm də onlarda pis vərdişlərin yaranmasına meyillilik amilləri artır.

Bu kimi hallar qanunvericiliklə necə tənzimlənir? Azyaşlıları sosial şəbəkəyə cəlb etməklə qazanc əldə etmək halı məsuliyyət yaradırmı?

Mövzu ilə bağlı vəkil Vamiq Şükürova müraciət etdik. Vəkil BAKU.WS-ə bildirib ki, uşaqların zərərli informasiyadan qorunması haqqında qanunun 4.2-ci maddəsinə əsasən uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyalar mövcuddur:

  • “4.2.1. zorakılığı və qəddarlığı təbliğ edən informasiya;
  • 4.2.2. cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən informasiya;
  • 4.2.3. uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən informasiya;
  • 4.2.4. ailə institutunu nüfuzdan salan informasiya;
  • 4.2.5. əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya;
  • 4.2.6. pornoqrafik xarakterli informasiya.

Ona görə də belə informasiyaların uşaqlar tərəfindən qəbul edilməsinə yol vermək olmaz. Xüsusən valideynlər diqqətli olmalıdırlar ki, uşaqlar evdə, məktəbdə və həyətdə sosial şəbəkələrə daxil olmaqla bu cür informasiyaları qəbul etməsinlər.

Odur ki, “Tik-tok” və ya “Instagram” kimi sosial şəbəkələrdə valideynlər ilə birlikdə çıxışların edilməsi, yaxud yarışların keçirilməsi zamanı uşaqların də cəlb edilməsi qanuna ziddir. Çünki bu zaman uşaqlar həmin çıxışlar və ya yarışların keçirilməsi zamanı qanunun 4-cü maddəsində göstərilən zərərli məlumatları əldə edirlər.

Belə hallar aşkar olunan kimi polis orqanları təqsirkar valideynləri müəyyən edib cəzalandırılması üçün tədbirlər görməlidirlər. İnzibati Xətalar Məcəlləsinin 189.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə xəbərdarlıq edilir və ya qırx manatdan altmış manatadək məbləğdə cərimə edilir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər