Tibb tarixində bir ilk: İnsan süni ölüm halına salınıb
Amerikalı həkimlər tibb tarixində ilk dəfə olaraq insanı anabioz halına sala biliblər.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə “New Scientist” jurnalında məqalə dərc olunub.
Prosedur təqribən belə olur: Bədəndə natrium-xloridlə (məhlulun temperaturu praktiki olaraq sıfra bərabər olur) bütün qan dəyişdirilir, nəticədə orqanizmin temperaturu çox tez müddətdə +10 - 15 dərəcə selsiyə qədər soyudulur.
Beləliklə, insanın beyin fəaliyyəti demək olar ki, tamamilə dayanır. Bundan sonra pasient soyutma sistemindən ayrılır və lazımi prosedurlar üçün əməliyyat masasına gətirilir.
Anabioz halına salınan andan cərrahların bədəndəki qan itkisinin səbəblərini aradan qaldırmaq üçün 2 saatı olur. Əməliyyatdan sonra həkimlər bədənin normal temperaturunu və ürəyin işini bərpa edirlər.
Baltimorda Merilend Universitetinin Ali Tibb Məktəbinin professoru Semuel Tişermanın sözlərinə görə, o və həmkarları azı bir nəfəri anabioz halına sala biliblər.
Belə əməliyyat tibdə böyük irəliləyiş sayılır, çünki bundan əvvəl tibb işçiləri həyat üçün təhlükəli travma almış insanlara yardım etməyə sadəcə vaxt çadırmırdılar.
Oxşar xəbərlər
Azərbaycanda bir ilk
Azərbaycanda ilk dəfə onkologiya sahəsinə dair lüğət nəşr olunacaq. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətin...