Təhsil naziri Elinanın ölümü ilə bağlı konfrans keçirdi, amma suallara cavab vermədi - VİDEO
12
apr
2019
20:05
Təhsil naziri Ceyhun Bayramov 162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı mətbuat konfransı keçirib. BAKU.WS xəbər verir ki, mətbuat konfransı məhdud sayda jurnalistlərin iştirakı ilə keçirilib. Nazirliyin mətbuat xidməti yalnız özlərinin müəyyən etdiyi jurnalistlərin iştirakını təmin edib. Ölkədə fəaliyyət göstərən aparıcı portalların, o cümlədən BAKU.WS-in əməkdaşının nazirin mətbuat konfransında iştirakına imkan yaradılmayıb. Mətbuat konfransı təxminən 10 dəqiqə çəkib. Nazir əvvəlcədən hazırlanmış mətni oxuyaraq zalı tərk edib. O, jurnalistlərin suallarına cavab verməyib. BAKU.WS
Oxşar xəbərlər
Elinanın intiharı ilə bağlı direktor, müavini və psixoloq işdən çıxarılıb
Elinanın intiharı ilə bağlı məktəbin direktoru, müavini və psixoloqu işdən çıxarılıb.BAKU.WS xəbər verir ki, təhsil naziri Ceyhun Bayramov bugünkü mətbuat konf...