Təhsil naziri dərs ili ilə bağlı əmr imzalayıb
19
noy
2018
15:56
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Təhsil naziri Ceyhun Bayramov “2018-2019-cu dərs ilində “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi barədə” əmr imzalayıb.Təhsil Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, müsabiqə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə keçirilir. Müsabiqədə iştirak könüllü xarakter daşıyır. Müsabiqə Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, mütaliəyə maraqlarının gücləndirilməsi məqsədi ilə keçirilir.“Ədəbiyyat biliciləri” müsabiqəsi üç mərhələdə təşkil olunur. Müsabiqənin məktəb mərhələsi noyabr-dekabr, rayon (şəhər) mərhələsi yanvar-fevral, ölkə mərhələsi mart-aprel aylarında keçiriləcək.BAKU.WS
Oxşar xəbərlər
Direktor olmaq istəyənlərin nəzərinə! - Nazir əmr imzaladı
Təhsil naziri Ceyhun Bayramov “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin keçirilməsi barədə” əmr imzalayıb.Təhsil Nazirl...