Təhsil kreditləri almaq istəyənlər üçün müddət uzadıldı
28
mar
2019
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Maarifçi" Tələbə Kredit Fondunun təhsil kreditlərinin verilməsi üçün elan etdiyi müddət uzadılıb.
BAKU.WS xəbər verir ki, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirib ki, mart ayında qeyri-iş günlərinin olması nəzərə alındığı üçün elanın müddəti 20 aprel 2019-cu ilədək davam edəcək:"Kredit almaq üçün tələbələrin Fondun veb-saytından (www.maarifci.az) elektron müraciət etmələri kifayətdir. Bu elan sessiyasında təqdim olunacaq təhsil kreditləri 2018-2019-cu tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub".Qeyd edək ki, təhsil haqqı kreditlərinin verilməsi məqsədilə VIII elan sessiyası martın 1-dən aprelin 5-dək olan dövr üçün elan edilmişdi.BAKU.WSOxşar xəbərlər
Bu universitetlərdə təhsil haqqı qaldırıldı - SİYAHI
IV ixtisas qrupu üzrə plan yerləri kəskin şəkildə azalıb və təhsil haqları qaldırılıb.BAKU.WS xəbər verir ki, təhsil eksperti Kamran Əsədov bildirib ki, Tibb Un...