Təxliyə olunan xarici vətəndaş: "Azərbaycan gözəldir, daha çox qalmaq istəyərdim"
"Astara" dövlət sərhədindən buraxılış məntəqəsində bir qrup xarici vətəndaşın təxliyəsi uğurla həyata keçirilib.
BAKU.WS xəbər verir ki, Böyük Britaniya, Avstraliya və digər ölkələrin vətəndaşları beynəlxalq humanitar prosedurlara uyğun şəkildə təxliyə olunub.
Onlar müvafiq sənəd yoxlamasından keçdikdən sonra Azərbaycan ərazisinə daxil olublar.
Təxliyə olunan şəxslər Azərbaycan tərəfinin göstərdiyi dəstəyə görə minnətdarlıqlarını bildiriblər.
"Bir ay əvvəl ailəmi ziyarət etmək üçün İrana getmişdim. Sərhədi keçmək prosesi rahat və tez oldu. Bizə çox kömək etdilər, sevgi göstərdilər. Azərbaycan gözəldir. Daha çox qalmaq istəyərdim, amma təəssüf ki, sabah buranı tərk edirik", − təxliyə olunan Avstraliya vətəndaşı söyləyib.
Ətraflı BAKU.TV-nin süjetində:
Oxşar xəbərlər
"2026 Formula-1"ə görə sürücülərə VACİB MÜRACİƏT
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi 2026-cı il "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar sürücülərə müraciət edib. BAKU.WS xəbər verir ki, müraciətdə deyi...