Tərtərdə 3 nəfərin həlak olduğu mina partlayışının TƏFƏRRÜATLARI
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Tərtərin işğaldan azad edilən Talış kəndi ərazisindəki insan tələfatı ilə nəticələnən mina partlayışının bəzi təfərrüatları məlum olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Talış kəndində qeydə alınıb. Hadisənin baş verdiyi ərazi əvvəllər qoşunların təmas xətti olub.
ANAMA əməkdaşlarının hərəkət etdikləri yolda qalın ot örtüyü olub. Hadisənin baş verdiyi ərazidə tank əleyhinə mina basdırılıb. Hərəkətdə olan avtomobil şahmat üsulu ilə basdırılan minalardan birinə toxunub.
Bu zaman baş verən partlayış zamanı avtomobil yoldan kənara düşüb.
Partlayan minanın TM62 PM markalı tank əleyhinə mina olduğu ehtimal edilir.
Hadisə zamanı həlak olan hər üç şəxs ANAMA-nın dronla minaxtarama komandasının üzvü olublar.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...