Təqsirləndirilən şəxs: "2 yaşlı uşağı atasından 3 min manata almışam"
Yeniliklərdən dərhal xəbərdar olun
"Mənə qarşı irəli sürülən ittihamı qəbul etmirəm. 2 yaşlı Məhəmmədə görə onun atasına 3 min manat pul verərək almışam".
BAKU.WS report-a istinadən xəbər verir ki, bu fikirləri Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə 2 yaşlı uşağı oğurlamaqda təqsirləndirilən Gültəkin Muradova deyib.
O bildirib ki, uşağı öz atasının razılığı ilə götürüb: "Onun uşaqlarına yazığım gəlirdi. Soyuq havada ayaqyalın, başıaçıq gəzirdilər. Maraqlanan, baxan yox idi. Mənim niyyətim həmin uşağın qayğısına qalmaq, normal şəraitdə böyütmək olub”.
İttihama görə, hadisə 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində qeydə alınıb.
Belə ki, Beyləqan rayon sakini G.Muradova 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyevi oğurlayıb.
2022-ci ilin yanvarın 8-də Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində M.Şıxəliyev tapılıb və G.Muradova həbs edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham elan olunub.
Oxşar xəbərlər
İlham Əliyev bir qrup dövlət qulluqçusunu təltif etdi- SİYAHI
Prezident İlham Əliyev "Dövlət qulluqçularının təltif edilməsi haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncama əsasən bir nəfər 2-ci dərəcəli “V...