Telefon zəngi həyatını alt-üst etdi: Dələduzlar Kürdəxanı sakininin başına oyun açdılar
Dələduzlar telefonuna daxil olaraq həm bank hesabındakı pulu oğurlayıblar, həm də adına kredit götürüblər.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yaşayan Elman Məmmədovun başına gəlib. O deyir ki, dələduzlar ona bank işçisi və polisin adından zəng edib, saxta sənəd göndərərək aldadıblar.
Telefonla görüntülü danışarkən dələduzlar Elman Məmmədovun mobil cihazına daxil olaraq onu ingilis dilinə dəyişiblər və bildiriblər ki, guya bank hesabını qorumaq üçün edirlər. Səhəri gün aydın olub ki, dələduzlar onun bank hesabındakı 3 000 manatı oğurlamaqla yanaşı, adına 8 900 manat kredit də götürüblər.
Maraqlısı isə odur ki, Elman Məmmədovun sözlərinə görə, bir ay əvvəl banka kredit üçün müraciət edəndə imtina cavabı alıb.
Lakin dələduzlar yüksək məbləğdə kredit götürə biliblər.
Oxşar xəbərlər
Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏB
Bakıda Şəhər şosesində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar bəzi marşrutların hərəkətində ləngimələr yarana bilər. BAKU.WS xəbər verir...