Təhsil Nazirliyi vətəndaşların qəbulunu dayandırdı

Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il iyunun 15-dək fəaliyyətini dayandırıb.
BAKU.WS Təhsil Nazirliyinə istinadən xəbər verir ki, təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar həmçinin Nazirliyin rəsmi [email protected] elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər.
Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.
Oxşar xəbərlər
DİM pandemiya dövründə fəaliyyət istiqamətləri barədə məlumat yayıb
Dövlət İmtahan Mərkəzi koronavirus pandemiyası (COVID-19) dövründə fəaliyyət istiqamətləri barədə məlumat yayıb. DİM-dən BAKU.WS-ə verilən məlumata görə həmin f...
