Təhsil nazirinin müşaviri saxta COVID pasportu ilə bağlı xəbərdarlıq edib
Yeniliklərdən dərhal xəbərdar olun
“Peyvəndlə bağlı neqativ halların olması Operativ Qərargahın brifinqdə də səsləndirildi”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev təhsil işçilərinin vaksinasiyasına həsr olunan onlayn vebinarda deyib.
O qeyd edib ki, bu məsələ Təhsil Nazirliyinin səlahiyyətləri daxilində deyil: “Peyvəndlə bağlı neqativ hallara qarşı hüquq-mühafizə orqanları tərəfindən tədbir görülür.
Buradan təhsil işçilərinə müraciət edirəm. Saxta COVID-19 pasportu alaraq həyatınızla risk edirsiniz.
Əlimizdə belə məlumatlar olarsa, hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”.
Oxşar xəbərlər
Həkimlərə koronavirusa görə əlavə maaş verilmir? - RƏSMİ CAVAB
Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə müddətli əlavənin verilməməsi iddia edilib. Bununla bağlı BAKU.WS-...