Təhsil naziri: “Direktor olmaq istəmirlər” - VİDEO

Təhsil naziri: “Direktor olmaq istəmirlər” - VİDEO
Video
Sosial 649

“1500-2000 nəfərlik məktəbi idarə edən şəxsin günahkar olma ehtimalı böyükdür. Bunun müqabilində bəziləri qalıb işini davam etdirmək istəyir, direktor olmaq istəmirlər. Eyni zamanda bizim bugünkü problemimiz direktorları kimin təyin etməsi deyil.

BAKU.WS xəbər verir ki, bu sözləri təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə direktorların təyinatı məsələsi ilə bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, hazırda ölkəmizdə 500 direktor vakansiyası boş qalıb:

"Azərbaycanda hazırda 500-dən çox direktor vakansiyası boşdur. Çünki biz istəyirik ki, onları vəzifələrinə düzgün təyin edək. Biz onları müsabiqə əsasında təyin etmək istəyirik. Buna görə də həddi aşağı sala bilmərik".

Ətraflı videoda:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər