Təhsil idarəsinin müdiri: “Şənbə günü ictimai nəqliyyatın işləməməsi problemlər yarada bilər”
Yeniliklərdən dərhal xəbərdar olun
“Əgər hər hansı məktəbdə həqiqətən də ciddi sıxlıq varsa, bu problemin aradan qaldırılması üçün şənbə günləri də tədrisin həyata keçirilməsi mümkündür”.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.
BŞTİ müdiri bildirib ki, şənbə günü ictimai nəqliyyat işləmədiyindən müəyyən problemlər yarana bilər, amma müəssisə rəhbəri sorğu keçirərək işlərini tənzimləyə bilər:
“Yəni direktorlar bu məsələdə müstəqil qərar verə bilər”.
“Sıxlıq olan məktəblərdə təhsil müəssisələrinin rəhbərləri növbəliliyi təmin etmək məsələsində müstəqildirlər. Problemi tənzimləmək üçün tədris prosesini növbəli şəkildə qura bilərlər” - o vurğulayıb.
Oxşar xəbərlər
Bu həftə məktəblərdə dərslər dayandırılır? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda daha iki məktəb koronavirusa görə bağlanıb. BAKU.WS xəbər verir ki, Qax rayonu 2 nömrəli ümumtəhsil müəssisəsi distant təhsilə keçib. Məktəbdən məl...