Tədqiqatçılar mutasiya olunmuş COVID-19-un ikiqat təhlükəli olduğunu aşkarlayıblar
ABŞ-ın Merilend Universitetinin alimləri mutasiyaya uğramış koronavirusun hava yolu ilə daha yaxşı ötürüldüyü qənaətinə gəliblər.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə "Clinical Infectious Diseases" nəşri məlumat yayıb.
Nəşrə görə, alimlər bu məqsədlə müxtəlif SARS-CoV-2 ilə 49 yoluxma halı üzərində müşahidə aparıblar. Bütün xəstələrdə xəstəlik asimptomatik və ya yüngül simptomlarla keçib. Delta və alfa ştamına yoluxan insanlarda isə bunun əksini görüblər.
"Deltanın alfadan daha yoluxucu olduğunu bilirik. Araşdırmamız yeni infeksiyaların hava yolu ilə ötürülməsi üçün əlavə sübutlar verir", - tədqiqatçılar bildirib.
Hava monitorinqi sayəsində mütəxəssislər tibbi maskaların virusun yayılma riskini 50% azaltdığını da təsdiqləyiblər.
Buna görə də yoluxmamaq üçün nəinki peyvənd olunmaq, həm də fərdi qoruyucu vasitələrdən istifadə etməyə davam etmək, həmçinin otaqları havalandırmaq lazımdır.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 4 SARS-CoV-2 mutasiyasını təhlükə dərəcəsinə görə bu cür sadalayıb: alfa (Böyük Britaniya), beta (Cənubi Afrika), qamma (Braziliya) və delta ştamları.
İlk dəfə Hindistanda tapılan delta ştamı son aylarda Rusiya da daxil olmaqla, əksər ölkələrdə dominantlıq edir.
Oxşar xəbərlər
Koronavirusun ən təhlükəli ştammı açıqlanıb
Koronavirusun Delta variantı (Hindistan ştammı) Böyük Britaniyada son infeksiya dalğasına səbəb olan Alfa variantından 40 faiz daha çox yoluxucudur. Eyni zamand...