Təbii fəlakət zamanı avtomobilə dəyən ziyanı kim qarşılayır?

Təbii fəlakət qaçılmazdır, amma problemin həlli mümkünsüz deyil. Aramsız yağan yağış fəsadsız ötüşməyib.
Nəqliyyatın hərəkəti iflic olub, yol infrastrukturuna və avtomobillərə ciddi ziyan dəyib.
Avtomobil sahiblərini son 2 gündə yalnız bir sual maraqlandırır: Dəyən ziyanı kim ödəyəcək? Təbii və ya texnogen hadisələr zamanı nəqliyyat vasitəsinə zərər dəyirsə, bunu sığorta qarşılayırmı?
Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov deyir ki, avtomobilin icbari sığorta növü yalnız qarşı tərəfin əmlakına və sağlamlığına yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərəri qarşılayır.
Amma kasko sığortası varsa, bu zaman avtomobil sahibi xərcə düşmür. Əks halda xərc dəyən zərərin həcmindən və avtomobilin modelindən asılı olaraq dəyişir.
Ətraflı Baku TV-nin süjetində:

Oxşar xəbərlər
Yol polisindən SÜRÜCÜLƏRƏ MÜRACİƏT: Fəsadlar tam aradan qaldırılmayıb
Baş Dövlət Yol Polisi İdarəsinin həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib. Bu barədə BAKU.WS-ə İdarədən məlumat verilib. Bildirilib ki, ölkə ərazisi...