TƏBİB plastik cərrah kimi diplomsuz fəaliyyət göstərən şəxslərlə bağlı məsələyə münasibət bildirib
TƏBİB tabeli tibb müəssisələrində çalışan plastik cərrahlar qanunvericiliyə uyğun şəkildə işə götürülür.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov qurumun ilin yekunlarına dair keçirdiyi brifinqdə diplomsuz plastik cərrahların fəaliyyəti bağlı verilən suala cavabında deyib.
O bildirib ki, TƏBİB yalnız tabeliyində olan tibb müəssisələrində baş verən hadisələrə cavabdehlik daşıyır.
V.Qurbanov xatırladıb ki, dövlət tibb müəssisələrində işə qəbul daxili qaydalar və müəyyən edilmiş prosedurlara əsasən həyata keçirilir:
"Hər zaman qanunvericiliyin tələbini əsas götürürük. Həkimlərin ixtisas seçimi, sertifikasiya nəticələri mütləq şəkildə nəzərə alınır. Məlumdur ki, estetik əməliyyatlar icbari tibbi sığorta təminatına daxil deyil. Ona görə də bu prosedurlar ödənişlidir".
O eyni zamanda vurğulayıb ki, TƏBİB-in tabeli xəstəxanalarında baş verən bütün ölüm halları ciddi şəkildə araşdırılır və qurumun tabeliyində ölüm komissiyası da fəaliyyət göstərir.
Oxşar xəbərlər
"Sevinc Mall"da "McDonald"s Azərbaycan"ın yeni restoranı açılıb
"McDonald"s Azərbaycan"ın sayca 29-cu restoranının açılışı "Sevinc Mall" ticarət və əyləncə mərkəzində baş tutub. Restoran "Qara Qarayev" metro stansiyasının ya...