TƏBİB: "Bəzi tibb müəssisələrində stomatoloqa il ərzində bir nəfər belə müraciət etmir"
"Azərbaycanda elə tibb müəssisələri var ki, oradakı stomatoloqa il ərzində bir nəfər belə müraciət etmir".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov "Yeni Klinika"da təşkil olunmuş brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, ölkədə vətəndaşların inanmadığı yetərincə stomatoloq var:
"Bu da onların fəaliyyətinin və iş keyfiyyətinin aşağı olduğunu bildirir. Stomatoloqlara yayda ciddi xəbərdarlıq etmişdik. İlin əvvəlindən stomatoloqların xidməti haqqında əlimizdə faktlar var. Ölkə üzrə elə tibb müəssisələrimiz var ki, bir vətəndaş müraciəti yoxdur. Bizim üçün vacib olan vətəndaşın aldığı tibbi xidmətdən məmnunluqdur. Bölgələrdə bəzi tibb müəssisələrində stomatoloq ştatının ləğv olunması ilə bağlı xəbərdarlıq edilib. Bu proseslər qanunvericiliyə uyğun aparılır".
Oxşar xəbərlər
Bu ərazidə 12 mindən çox abonent qazsız qalacaq
Martın 6-sı saat 11:00-dan etibarən Şəki rayonunda 2 668 abonentin qaz təchizatı dayandırılacaq. BAKU.WS xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstisma...